"ABŞ Ukrayna vasitəsilə Rusiyaya qarşı müharibə aparır”.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, ABŞ-ın sanksiyaları xalqı indiki rəhbərliyə qarşı inqilab etməyə istiqamətlənib.
Lavrov həmçinin qeyd edib ki, bununla kifayətlənməyən Qərb hətta yeni geosiyasi şəraitdə də "bütün dünyanı qarət etmək” istəyir.
Günel