ABŞ Ukraynadan çətənə kolu alacaq

DÜNYA
19:30 27.03.2014
1329
Ukrayna iqtisadiyyatına “yardım etmək” üçün belə təklif ABŞ-dan gəlib.
Ukrayna çətənəsində psixofəal maddələr yoxdur.
ABŞ Ukraynaya maliyyə dəstəyi tədbirləri çərçivəsində Ukrayna çətənəsinin ixracını artırmaq fikrindədir.
AZXEBER.COM İTAR-TASS-a istinadən xəbər verir ki, bu haqda məlumatı ABŞ kənd təsərrüfatı naziri Tom Vilsek “Bloomberg”ə verdiyi müsahibəsində bildirib.
“Biz hal-hazırda Ukraynada və ABŞ-da yetişdirilən çətənə toxumlarının tətbiqi imkanlarını nəzərdən keçiririk” – Tom Vilsek deyib.
Ukrayna çətənəsində psixofəal maddələr olmadığından, o narkotik sərxoşluq yaratmır. Xammal yağların, boyaların və plastik materialın hazırlanmasında istifadə edilir.
OXŞAR XƏBƏRLƏR