ABŞ ukraynalı pilotların təliminə 100 milyon ayırır

ABŞ ukraynalı pilotların təliminə 100 milyon ayırır
DÜNYA
19:19 16.07.2022
228
ABŞ Konqresinin Nümayəndələr Palatası ukraynalı pilotlara "F-15" və "F-16" qırıcılarının idarə edilməsi ilə bağlı təlim keçilməsi üçün 100 milyon dollar ayrılmasını təsdiqləyib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Defense News" yayıb. 

Qeyd olunur ki, müvafiq təklif növbəti maliyyə ili üçün müdafiə büdcəsinə dəyişikliklər kimi qəbul edilib.

Qanun layihəsinin müəllifi isə Respublikaçılar Partiyasının nümayəndəsi Adam Kinzinger olub.
OXŞAR XƏBƏRLƏR