ABŞ Ukraynanın yeni hücuma başlaya biləcəyinə ümid edir

ABŞ Ukraynanın yeni hücuma başlaya biləcəyinə ümid edir
DÜNYA
19:22 08.12.2023
232
ABŞ Ukraynanın yeni hücuma başlaya biləcəyinə ümid edir.

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Conatan Fayner "Aspen" Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, ABŞ və onun müttəfiqləri Ukraynanın yeni hücuma başlaya bilməsi Rusiya ilə əlverişli danışıqlar mühitinin təmin olunması üçün Kiyevə silah-sursat verməyə səy göstərir.

"Biz istərdik ki, ukraynalılar gələn ilin sonunda elə bir mövqedə olsunlar ki, Rusiya qərar versin: Ukrayna üçün məqbul şərtlərlə danışıqlar masasına otursun, ya da daha güclü Ukrayna ilə qarşılaşsın”, - C.Fayner söyləyib.

Onun sözlərinə görə, Ukrayna yeni hücuma keçə biləcək.

ABŞ Prezidenti köməkçisinin müavini bunu Vaşinqton və Avropa İttifaqının (Aİ) daha güclü sənaye bazası ilə əlaqələndirib: "Bu, Ukraynanın imkanlarını artıracaq. Ağ Ev Ukraynanın müdafiə sənayesinin inkişafı üzərində işləyir”.

Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi daha əvvəl ölkəsinin Ukraynaya yardımın bir neçə həftəyə tükənəcəyi barədə xəbərdarlıq etmişdi.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V. Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
19:40 28.08.2025
NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
19:20 28.08.2025
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
19:09 28.08.2025
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
18:59 28.08.2025
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
18:46 28.08.2025
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
18:35 28.08.2025
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
18:21 28.08.2025
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
18:10 28.08.2025
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
17:58 28.08.2025
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
17:46 28.08.2025
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
17:36 28.08.2025
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
17:34 28.08.2025
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
17:29 28.08.2025
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu
17:26 28.08.2025
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu
"Azərbaycan turizmində əsas problem turistin gəlməməsidir" - İqtisadçı
17:18 28.08.2025
"Azərbaycan turizmində əsas problem turistin gəlməməsidir" - İqtisadçı
Elçin Laçında klip çəkdi,  birlik mesajı verdi - VİDEO
17:12 28.08.2025
Elçin Laçında klip çəkdi, birlik mesajı verdi - VİDEO