ABŞ Ukraynaya müharibədən sonra kəşfiyyat və hava dəstəyi təklif edib

ABŞ Ukraynaya müharibədən sonra kəşfiyyat və hava dəstəyi təklif edib
DÜNYA
01:08 27.08.2025
447
ABŞ müharibədən sonra Qərbin Ukrayna üçün istənilən təhlükəsizlik planına kəşfiyyat və yerüstü müşahidə dəstəyi verməyə və Avropanın başçılıq etdiyi hava hücumundan müdafiə qalxanında iştirak etməyə hazır olduğunu açıqlayıb.

ABŞ prezidenti Donald Tramp Avropa liderlərinə bildirib ki, o, ölkənin müharibədən sonrakı təhlükəsizlik zəmanətlərinin koordinasiyasında rol oynayacaq.

ABŞ rəsmiləri kəşfiyyat, müşahidə, komandanlıq və nəzarət, həmçinin hava hücumundan müdafiə vasitələri kimi strateji dəstək verə biləcəklərini açıqlayıblar.

Bu dəstək Avropa qoşunlarının yerləşdirilməsinə imkan verəcək, onları qoruyacaq və nəzarət edəcək.
 
/APA
OXŞAR XƏBƏRLƏR