ABŞ Ukraynaya sovet istehsalı olan tanklar göndərir

ABŞ Ukraynaya sovet istehsalı olan tanklar göndərir
DÜNYA
15:55 04.04.2022
499
ABŞ prezidenti Cofez Baydendən müharibənin gedişatını dəyişdirəcək bir addım atıb. 
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi davam edərkən, ABŞ prezidenti Baydendən strateji bir addım gəlib.
 
Bayden administrasiyası müttəfiqləri sovet istehsalı olan tankları Ukraynaya göndərməyə çağırıb. Sovet istehsalı olan tanklara üstünlük verilməsinin səbəbi isə Ukrayna ordusunun bu maşınlardan istifadə qaydalarını bilməsi və adaptasiya prosesinin asan olmasıdır.
 
ABŞ rəsmisi yaxın vaxtlarda sovet istehsalı olan tankların əraziyə gələcəyini bildirib. Belə ki, ABŞ ilk dəfə olaraq müharibədə tankların çatdırılmasına köməklik göstərib, rəsmilər isə tankların qısa müddətdə Ukraynaya veriləcəyini bəyan ediblər.
 
Hələlik neçə tankın göndəriləcəyinin məlum olmadığı bildirilir və bu tanklar sayəsində Rusiyanın Donbasdakı hədəflərinin uzaq mənzilli raketlərlə vurula biləcəyi qeyd edilib. Ekpertlər bu gedişdən sonra müharibənin gedişatında əhəmiyyətli bir dəyişikliyin ola biləcəyini ifadə edib.
 
Qeyd edək ki, Ukrayna lideri Zelenski NATO müttəfiqlərindən tank və təyyarələr istəyib, lakin NATO-nun yavaş hərəkət etməsindən şikayətlənib. Digər tərəfdən Qərb ölkələrindən hələ də tank və reaktiv təyyarə almayan Ukrayna müharibədə Rusiyadan ən azı 161 tank ələ keçirib.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR