ABŞ üsyançılara silah verəcək

DÜNYA
11:28 22.05.2013
1273
Amerika Birləşmiş Ştatları Konqresi Senatının xarici işlər üzrə komitəsi Suriya müxalifətinin bir hissəsinin silahla təmin edilməsinə icazə verən qanun layihəsini təsdiqləyib. Sənəddə qeyd edilir ki, silah təchizatı üsyançıların yalnız "insan haqları və terrorizmlə mübarizə sahələrində müəyyən meyarlara" cavab verən qruplara şamil ediləcək.Qanun layihəsi həmçinin silahları və hərbi texnikanı Suriya prezidenti Bəşər Əsəd qüvvələrinə satdığı aşkara çıxan şəxslərə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutur.

OXŞAR XƏBƏRLƏR