ABŞ və Argentina əməkdaşlığı yaxşılaşdırırlar

ABŞ və Argentina əməkdaşlığı yaxşılaşdırırlar
DÜNYA
09:52 03.07.2025
172
ABŞ müdafiə naziri Pit Heqset və Argentinanın müdafiə naziri Luis Petri müdafiə sahəsində əməkdaşlığın təkmilləşdirilməsi yollarını müzakirə ediblər.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən açıqlamaya görə, Heqseth argentinalı həmkarı Petrini qəbul edib.

Hegseth görüş zamanı Çinin ABŞ, Argentina və region üçün təhlükə yaratdığını bildirib və təhlükəsizlik problemlərini "birlikdə” aradan qaldıracaqlarını qeyd edib.

Hegseth Argentinanı ABŞ-dan F-16 və "Stryker” zirehli döyüş maşınları almaq qərarına görə təbrik edib.

Petri iki ölkə arasında əlaqələrin "ən yaxşı nöqtəyə” çatdığını və bu əməkdaşlığın bundan sonra da inkişaf edəcəyini bildirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR