ABŞ və Asiya arasında münasibət korlanacaq? - Şimali Koreya nüvə sınağı keçirsə,..

ABŞ və Asiya arasında münasibət korlanacaq? - Şimali Koreya nüvə sınağı keçirsə,..
DÜNYA
12:06 01.06.2022
445
ABŞ Şimali Koreyanı təhdid edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Şimali Koreyanın yeni nüvə sınağı keçirəcəyi təqdirdə ona qarşı əlavə sanksiyalar tətbiq edəcəyini bildirib.

ABŞ, Cənubi Koreya və Yaponiya rəsmiləri tərəfindən verilən açıqlamada Şimali Koreyanın təxminən 5 ildən sonra ilk nüvə sınağını tezliklə həyata keçirə biləcəyi bildirilib.
 
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Linda Tomas-Qrinfild Şimala qarşı hazırda qüvvədə olan sanksiyaların tətbiq edilməli olduğunu vurğulayıb.

Bəyanat Çin və Rusiyanın mayın 26-da ABŞ-ın nüvə başlıqları daşımaq üçün istifadə edə biləcəyi qitələrarası ballistik raketlərin buraxılışına görə Şimali Koreyaya qarşı sərt yeni sanksiyaların tətbiqini təklif edən BMT qətnaməsinə veto qoymasından sonra verilib.

Qeyd edək ki, Şimali Koreya 2006-cı ildə ilk nüvə sınağını keçirəndən bəri BMT ona qarşı müxtəlif sanksiyalar tətbiq edib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR