ABŞ və Avropa Ukrayna üzrə danışıqları dəstəkləmək üçün hərbi variantlar hazırlayıblar

ABŞ və Avropa Ukrayna üzrə danışıqları dəstəkləmək üçün hərbi variantlar hazırlayıblar
DÜNYA
08:58 22.08.2025
222
ABŞ və Avropa ölkələri Ukraynadakı münaqişənin aradan qaldırılması üzrə danışıqları dəstəkləyəcək hərbi variantlar hazırladıqlarını bəyan ediblər.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.

"Finlandiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Ukrayna, ABŞ-nin baş qərargah rəisləri və NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı avqustun 19-20-də Vaşinqtonda görüşüblər. Baş qərargah rəisləri danışıqları dəstəkləmək və Avropada davamlı sülhü təmin etmək üçün hərbi variantlar hazırlayıblar", - deyə tərəflərin birgə yazılı bəyanatında bildirilir.

Bəyanatda hansı konkret variantların nəzərdə tutulduğu dəqiqləşdirilmir.

/Oxu.Az
OXŞAR XƏBƏRLƏR