ABŞ və Böyük Britaniya Rusiyaya vaxt qoydu

ABŞ və Böyük Britaniya Rusiyaya vaxt qoydu
DÜNYA
10:05 14.03.2014
933
Krımda keçiriləcək referendumdan sonra Rusiyaya qarşı gözlənilməz və çox ciddi addımlar atılacaq.AZXEBER.COM-un məlumatına görə, belə bəyanatla ABŞ dövlət katibi Con Kerri çıxış edib. Con Kerri bildirib ki, Krımda referendumun keçirilməsi beynəlxalq qaydaların kobud şəkildə pozulması deməkdir. O, həmçinin Krımdakı referendum BMT xartiyası və Ukrayna konstitusiyasına tamamilə zidd olduğunu deyib.Qeyd edək ki, Con Kerri sabah Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşmək üçün Londona gedir.“Rusiya Ukrayna ilə bağlı mövcud siyasətini dəyişməzsə, bu, sadəcə Ukrayna üçün fəlakət olmayacaq”, deyə Con Kerri bildirib.
OXŞAR XƏBƏRLƏR