ABŞ və Böyük Britaniyanın Yəmənə hücumunda ölənlərin sayı AÇIQLANDI

ABŞ və Böyük Britaniyanın Yəmənə hücumunda ölənlərin sayı AÇIQLANDI
DÜNYA
16:45 12.01.2024
277
ABŞ və Böyük Britaniyanın axşam saatlarında Yəmənə hücum etməsindən sonra Husilər açıqlama verilib.
    
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Husilərin Hərbi Sözçüsü Yəhya Seri televiziya kanalına verdiyi açıqlamada bölgədəki hadisələrlə bağlı məlumat verib.

Seri "ABŞ və Böyük Britaniyanın İsrailin Qəzzada cinayətlərini davam etdirməsinə dəstək kontekstində Yəmənə qarşı 73 hücum təşkil etdiyini" bildirib.

Hücumlarda paytaxt Səna, Hudeydə, Taiz, Həccə və Səda vilayətlərinin hədəf alındığını bildirən Seri, hücumlar nəticəsində husilərdən 5 nəfərin öldüyünü, 6 nəfərin də yaralandığını qeyd edib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR