ABŞ və Çin Londonda ticarət üzrə fikir ayrılıqlarının həllini müzakirə edəcəklər

ABŞ və Çin Londonda ticarət üzrə fikir ayrılıqlarının həllini müzakirə edəcəklər
DÜNYA
23:56 06.06.2025
966
ABŞ və Çin nümayəndələri ticarət üzrə fikir ayrılıqlarını həll etmək üçün iyunun 9-da Londonda görüşəcəklər.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində yazıb.

O, görüşdə ABŞ tərəfdən maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və ticarət nümayəndəsi Ceymison Qrin iştirak edəcəyini bildirib.

"Görüş çox yaxşı keçməlidir", - ABŞ lideri vurğulayıb.
 
/Report
OXŞAR XƏBƏRLƏR