xari

ABŞ və İngiltərə təhsilli 30 yaşlı deputat - Kamal Cəfərov kimdir?

Seçki2020
11:30 10.02.2020
9738
 Xəbər verdiyimiz kimi, MSK 9 Fevral seçkilərinin ilkin nəticələrini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, 63 saylı Sabirabad birinci seçki dairəsi – Cəfərov Kamal Xəqani oğlu – 11 min 872 səslə deputat seçilib.
 
30 yaşlı gənc deputat kimdir?
 
Kamal Cəfərov 1989-cu il 15 dekabr tarixində Bakı şəhərində anadan olub.

Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin bakalavr pilləsini, Böyük Britaniyanın London Kral Universitetində (King’s College London) beynəlxalq vergi hüququ üzrə magistr pilləsini və Vyana şəhərində yerləşən Beynəlxalq Anti-Korrupsiya Akademiyasının "Anti-korrupsiya elmləri üzrə” magistr proqramnı fərqlənmə ilə bitirib.

Amerika Birləşmiş Ştatlarının Mərkəzi Texas Kollecində "Amerika hüquq sisteminə giriş” mövzusunda mübadilə proqramını və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistr proqramını  bitirib.
 

 

K.Сəfərov Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyasının (ACAMS) müvafiq imtahanını uğurla keçərərək çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq ekspert sertifikatına layiq görülüb.

2012-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) beynəlxalq əlaqələr şöbəsində məsləhətçi və böyük məsləhətçi vəzifələrində işləyib. 2013-2014-cü illərdə hərbi xidmət keçib. 
 

 
2014-2016-ci illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin böyük məsləhətçisi, 2016-ci ildən isə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi kimi fəaliyyət göstərir.
 

  

2015-ci ildən Avropa Şurasının Şərq tərəfdaşlığı proqramı çərçivəsində "Yaxşı idarəçilik və korrupsiyaya qarşı Mübarizə” layihəsinin Milli koordinatoru, 2016-cı ildən "Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşkilatının Azərbaycan üzrə Milli koordinatoru, BMT-nin "Korrupsiya əleyhinə Konvesiyası”nın icrası üzrə Milli əlaqələndiricisi, 2017-ci ildən Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlə Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəridir.

Kamal Cəfərov Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) və Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliklərinin təsisçisi olub. 2011-2013-cü illərdə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının Baş katibi olub.

K.Cəfərov korrupsiyaya qarşı mübarizə sahəsində təhsil və ictimai maarifləndirməni həyata keçirən Azərbaycan Antikorrupsiya Akademiyasının (AZAKA) idarə heyətinin üzvüdür.


 

İngiltərənin "The Guardian" nəşri, Türkiyənin "Hurriyet Daily News” nəşri və bir sıra yerli xəbər saytlarında məqalələri dərc edilib.
Evlidir.
 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:48 16.01.2021

Almaniya polisi Frankfurt aeroportunda əməliyyat keçirir, saxlanılanlar var

23:23 16.01.2021

Hirkan Milli Parkında yanğın lokallaşdırılıb

22:54 16.01.2021

Adam Məmmədovun verilişi efirə qayıtdı: İnsan və Qanun

22:27 16.01.2021

Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildi

22:07 16.01.2021

Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub

21:50 16.01.2021

Bayden mühüm vəzifələrə namizədlərini açıqladı

21:27 16.01.2021

Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı

20:33 16.01.2021

Özil “Arsenal”la yollarını ayırdı: “Fənərbaxça”ya keçəcəyi gözlənilir

20:18 16.01.2021

Xocavənddə və Talış kəndində itkin erməni hərbçilərin meyitləri aşkarlandı

20:00 16.01.2021

Hikmət Hacıyev: Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır

19:08 16.01.2021

Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək

18:59 16.01.2021

Korotçenko: “Laçın dəhlizi qanunsuz silahların daşındığı bir qapı olmamalıdır”

18:41 16.01.2021

Dövlət Baxçalı: “Uyğun görülsə, Şuşada məktəb açmaq istəyirik”

18:02 16.01.2021

Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs olundu

17:51 16.01.2021

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub

17:27 16.01.2021

Küçədə yaşayan 25 yaşlı Orxanın həyatı hər kəsi kövrəltdi - VİDEO