ABŞ və İran arasında hərbi qarşıdurma daha da dərinləşib

ABŞ və İran arasında hərbi qarşıdurma daha da dərinləşib
DÜNYA
14:30 12.07.2026
292
ABŞ və İran arasında hərbi qarşıdurma daha da dərinləşib. ABŞ ordusu İranın Hörmüz boğazında ticarət gəmisinə hücumundan sonra ölkənin hərbi obyektlərinə yeni zərbələr endirib.

AZXEBER.COM xəbər verir ki, buna cavab olaraq İran ABŞ-ın regiondakı hərbi mövcudluğuna qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.

İran Hörmüz boğazının bağlandığını bəyan edib. Bu addım qlobal enerji bazarlarında narahatlıq yaradıb, çünki dünya neft ticarətinin əhəmiyyətli hissəsi məhz bu marşrutdan keçir.

Beynəlxalq ictimaiyyət tərəfləri gərginliyi azaltmağa çağırır. Region ölkələrində təhlükəsizlik tədbirləri gücləndirilib, diplomatik kanallar vasitəsilə vəziyyətin sabitləşdirilməsi istiqamətində səylər davam etdirilir.
 
//apa
OXŞAR XƏBƏRLƏR