ABŞ və Qazaxıstan ümumi dəyəri 4 milyard dollar olan lokomotivlərin tədarükü ilə bağlı razılıq əldə ediblər.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Lutnik "X" sosial şəbəkəsində yazıb.
O bildirib ki, ABŞ prezidenti Donald Tramp sentyabrın 22-də qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı keçirib və bu zaman iki tərəf "tarixdəki ən böyük lokomotiv sazişi" barədə razılığa gəlib.
ABŞ-nin "Wabtec" şirkəti ilə Qazaxıstana 300 lokomotivin tədarükü üçün müqavilə imzalanıb.
ABŞ Ticarət Departamentinin rəhbərinin sözlərinə görə, ABŞ texnologiyasına əsaslanan lokomotivlər Avropa və Asiyada nəqliyyat şəbəkələrinin inkişafına töhfə verəcək.