ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Bill Börns və Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Ankarada görüş keçirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən bildirir ki, 14 noyabrda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Bill Burns və Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Türkiyədə görüşüblər. Ankarada keçirilən görüşdə nüvə riski və Rusiyada saxlanılan ABŞ vətəndaşları müzakirə edilib.
Burnsun "heç bir danışıqlar aparmadığını” vurğulayan rəsmi "O, Ukraynadakı müharibənin həllini müzakirə etmir. O, Rusiyanın nüvə silahından istifadəsinin nəticələri və strateji sabitlik üçün risklər barədə mesaj verir. O, həmçinin haqsız yerə həbs edilən ABŞ vətəndaşlarının işlərini də gündəmə gətirəcək. ABŞ-ın Bernsin səfərindən əvvəl Ukraynanı görüşlə bağlı məlumatlandırdığını da əlavə edən rəsmi "Biz əsas prinsipimizə möhkəm sadiqik, Ukrayna ilə bağlı heç nə müzakirə etməyəcəyik" - deyib.
Xatırladaq ki, Ankarada keçirilən görüş fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra ABŞ və Rusiya arasında məlum olan ilk yüksək səviyyəli görüş olub.
Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya işləri üzrə rəhbəri Fahrettin Altun "Rusiya və Amerika kəşfiyyatı rəhbərlərinin Türkiyədə görüşdüyünü təsdiq edirik. Milli İstihbarat Təşkilatının ev sahibliyi etdiyi bu görüş Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanın qlobal sülhə verdiyi mühüm töhfələrə bir yenisini əlavə etdi. Rusiya və Amerika kəşfiyyatının rəhbərlərinin Türkiyədə görüşdüyünü təsdiq edirik. Milli Kəşfiyyat Təşkilatının ev sahibliyi etdiyi bu görüş Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanın qlobal sülhə verdiyi mühüm töhfələrə bir yenisini əlavə etdi. Görüş çərçivəsində beynəlxalq təhlükəsizliyə təhdidlər, xüsusilə də nüvə silahından istifadə məsələsi müzakirə edilib. Əvvəllər Ukrayna və Rusiyanın xarici işlər nazirlərini bir araya gətirən və taxıl sazişinə vasitəçilik edən Türkiyə bütün tərəflərlə sülh danışıqlarını davam etdirəcək və bu prosesdə təşəbbüskarlıq etməkdən çəkinməyəcək".
Mikayıl