ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib

ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
DÜNYA
18:21 28.08.2025
383
ABŞ Venesuela sahillərinə Hərbi Dəniz Qüvvələrinə məxsus səkkiz gəmi göndərib.

Bu barədə "Financial Times” məlumat verib.

Nəşrin məlumatına görə, gəmilərdə 4,5 mindən çox ABŞ hərbçisi var. Məqalədə qeyd olunur ki, bölgədə bu cür hərbi gəmilərin artırılması nadir haldır.

Qeyd edək ki, bu yaxınlarda ABŞ Venesuela Prezidenti Nikolas Maduronun həbsində kömək edə biləcək məlumatlar üçün mükafatı 50 millyon dollara yüksəldib.
 
\apa
OXŞAR XƏBƏRLƏR