ABŞ vətəndaşlarına çağırış etdi

ABŞ vətəndaşlarına çağırış etdi
DÜNYA
21:22 23.06.2025
402
ABŞ-ın Qətərdəki səfirliyi İranın mümkün cavab tədbirləri fonunda Amerika vətəndaşlarını növbəti xəbərdarlığa qədər sığınacaqlara getməyə çağırıb.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, ABŞ İranın Qətərdəki hərbi bazalara mümkün zərbə endirməsini "qaçınılmaz təhlükə” hesab edib.

"Ehtiyat tədbiri olaraq, ABŞ vətəndaşlarına sığınacaq tapmalarını və növbəti xəbərdarlığa qədər orada qalmalarını tövsiyə edirik”, - bəyanatda deyilir.

Qeyd edək ki, Qətər hökuməti təhlükəsizlik səbəbi ilə ölkənin hava məkanını müvəqqəti bağlamaq qərarına gəlib.
OXŞAR XƏBƏRLƏR