ABŞ viza rüsumlarını kəskin olaraq artırıb

ABŞ viza rüsumlarını kəskin olaraq artırıb
DÜNYA
20:52 26.08.2025
373
ABŞ oktyabrın 1-dən etibarən viza rüsumlarını əhəmiyyətli dərəcədə artırıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, turist vizası üçün müraciət haqqı 135 faiz artaraq 185 dollardan 435 dollara yüksəlib.

Konqresin Büdcə Ofisi yeni ödənişlərlə illik 2,7 milyard dollar əlavə gəlir əldə etməyi hədəfləsə də, turizm sektorunun nümayəndələri 29 milyard dollara qədər itki gözləyir.

Bundan başqa tələbə və mübadilə proqramı vizaları (F, J, M) və iş vizaları (H-1B, L-1, O-1) daxil olmaqla bir çox kateqoriyalar da əlavə ödəniş artımından təsirlənəcək.

Bununla da ABŞ viza rüsumları dünyanın ən bahalı rüsumlarından biri olub.
OXŞAR XƏBƏRLƏR