ABŞ xalqı nə Baydeni, nə də Trampı istəyir

ABŞ xalqı nə Baydeni, nə də Trampı istəyir
DÜNYA
10:18 15.12.2023
165
ABŞ-da keçirilən sorğuya əsasən əhali gələn il keçiriləcək prezident seçkilərində ABŞ prezidenti Co Bayden və sabiq prezident Donald Trampın namizədliklərini irəli sürməsindən razı qalmadıqlarını bildiriblər.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, iştirakçıların 56 faizi Baydenin Demokratlar Partiyasından prezidentliyə namizəd kimi seçkiyə qatılmasından çox və ya bir qədər narazı olacaqlarını bildirsə də, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Tramp olsaydı, bu nisbət yüzdə 58 olacaqdı.

Əsaslı sorğuya görə, Demokrat seçicilərin 49 faizi Baydenin prezidentliyə namizədliyindən razı qalacaqlarını bildirib.
 
Demokrat seçicilərin 32 faizi Baydenin prezidentliyə namizədliyindən razı qalmayacağını bildirsə də, 18 faizi vəziyyətin onlar üçün heç bir əhəmiyyət kəsb etməyəcəyini qeyd edib.

Trampın namizədliyindən razı qalan respublikaçı seçicilərin nisbəti 65 faizə yüksəldiyi halda, narazılığını bildirənlər 26 faiz, bitərəf qalanlar isə 9 faiz olub.

Sözügedən sorğu noyabrın 30-dan dekabrın 4-dək ABŞ-da 1074 yaşlı seçici üzərində aparılıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR