ABŞ öz vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırdı

ABŞ öz vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırdı
DÜNYA
20:41 22.08.2023
262
ABŞ vətəndaşlarının dərhal Belarusu tərk etməli olduğunu ilə bağlı bəyanat verib.

AZXEBER.COM xəbər verir ki, məlumat ABŞ-ın Minskdəki səfirliyindən verilən yazılı açıqlamada deyilib:

"Litva və Latviya ilə qalan sərhəd məntəqələrindən və ya təyyarə ilə çıxmağı gözdən keçirin. ABŞ vətəndaşlarının Belarus üzərindən quru yolu ilə Polşaya daxil olmasına icazə verilmir”.

Bəyanatda həmçinin ABŞ vətəndaşlarına Belarusa səfər etməmələri ilə bağlı xəbərdarlıq edilib.
 
ABŞ-ın Minskdəki səfirliyinin ölkədəki ABŞ vətəndaşlarına göstərə biləcəyi yardımın məhdud olduğuna diqqət çəkilib.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR