Abşeron rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib.
AZXEBER.COM-un Trend-ə istinadən məlumatına görə, hadisə rayon ərazisindəki "Abşeron" Gənclər Şəhərciyində baş verib.
Şəhərcikdəki 19-cu yaşayış blokunun 9-cu mərtəsində elektrik kabellərində qısaqapanma baş verib. Hadisə nəticəsində bina sakinləri təxliyyə olunub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən briqadası cəlb edilib və tüstülənmənin qarşısı alınıb.
Hazırda binanın elektrik naqilləri yoxlanılır.