“Abşeron” Gənclər Şəhərciyində yanğın - Sakinlər təxliyyə olundu

“Abşeron” Gənclər Şəhərciyində yanğın - Sakinlər təxliyyə olundu
SOSİAL
01:59 25.11.2016
1590
Abşeron rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib.
 
AZXEBER.COM-un Trend-ə istinadən məlumatına görə, hadisə rayon ərazisindəki "Abşeron" Gənclər Şəhərciyində baş verib. Şəhərcikdəki 19-cu yaşayış blokunun 9-cu mərtəsində elektrik kabellərində qısaqapanma baş verib. Hadisə nəticəsində bina sakinləri təxliyyə olunub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən briqadası cəlb edilib və tüstülənmənin qarşısı alınıb. Hazırda binanın elektrik naqilləri yoxlanılır.
OXŞAR XƏBƏRLƏR