Abşeron rayonunda vətəndaş qəbulları keçirilib - Fotolar

Abşeron rayonunda vətəndaş qəbulları keçirilib - Fotolar
SOSİAL
11:15 16.04.2022
263
Prezident İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda silsilə vətəndaş qəbulları keçirilib. Görədil kəndində baş tutan növbəti səyyar-qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və kənd sakinləri iştirak edib.

AZXEBER.COM xəbər verir ki,  səyyar qəbulların artıq ənənə xarakter daşıdığını, hər həftə rayonun kənd və qəsəbələrində əhali ilə görüşüldüyünü bildirən RİH başçısı Abdin Fərzəliyev rayonun problemlərinin dövlət strukturlarının daim diqqət mərkəzində olduğunu, onların araşdırılaraq həlli istiqamətində proqramların hazırlandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
 
Sonra çıxış edən Görədil sakinləri kənd ərazisində əvvəllər fəaliyyət göstərən kitabxananın fəaliyyətinin yenidən bərpa edilməsində, daxili küçələrin işiqlandırılmasında və abadlaşdırılmasında, kənd qəbiristanlığı üçün əlavə ərazinin ayrılmasında, şəhid Yusifov Eldar Əliməstan oğlunun adını daşıdığı Görədil kənd tam orta məktəbdə onun büstünün qoyulmasında, marşrut avtobuslarının qət etdiyi məsafənin və intervallarının artırılmasında, kənd stadionunun təmir edilməsində, küçə adlarının yazıldığı lövhələrin asılmasında köməklik göstərilməsini xahiş ediblər. 

Növbəti gün Abşeron Rayon İcra Hakimiyyətində baş tutan vətəndaş qəbulunda isə şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.

Daha sonra sakinlər şəhidlərin adlarını daşıyan küçələrin abadlaşdırılmasında, sənədsiz evlərin sənədləşdirilməsində, kənd və qəsəbələri rayon mərkəzi – Xırdalan şəhəri ilə bağlayan yeni marşrut xəttlərinin yaradılmasında və mövcud xəttlərdəki avtobusların sayının artırılmasında, yeni məktəb və bağça binalarının tikilməsində və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

Yekunda RİH başçısı Abdin Fərzəliyev Abşeron rayonunda bir sıra böyük infrastruktur layihələrinin icra olunduğunu, lakin bununla yanaşı müəyyən problermlərin olduğunu vurğulayaraq, hazırda onların  dərindən araşdırıldığını, həlli yollarının müəyyənləşdirildiyini və qısa zamanda müsbət nəticələrin əldə edilməsi istiqamətində çoxşaxəli tədbirlərin görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə həll edilmişdir. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
17:49 17.07.2025
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
17:43 17.07.2025
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"