Abşeron RİH-dən satdığı soğanı yandıranla bağlı - Açıqlama

Abşeron RİH-dən satdığı soğanı yandıranla bağlı - Açıqlama
SOSİAL
14:24 01.08.2020
1484
"Bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonunun Masazır kəndində meyvə-tərəvəz satışı ilə məşğul olan Vüqar Əzizov tərəfindən RİH-in adıçəkilən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənova etiraz əlaməti  olaraq satdığı soğanı yandırması ilə bağlı videogörüntülər yayılıb”.  Bu barədə AZXDBER.COM-a Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib.

"Məsələ ilə əlaqədar bildiririk ki, müəyyən olunmamış yerlərdə ərzaq və kənd təsərrüfatı məhsullarının satılması, küçə ticarəti ilə məşğul olmaq ətraf mühitin çirklənməsi, mərkəzi küçə və prospektlərin estetik gözəlliyinə xələl gətirməsi, insanların  sağlamlığına ziyan olmaqla yanaşı eyni zamanda da qanunla qadağandır.

Belə  ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cu maddəsinə  əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmamış yerlərdə malların satılması inzibati məsuliyyət müəyyən edir. Bununla əlaqədar olaraq Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ş.Həsənov tərəfindən qanunamüvafiq olaraq satıcı V.Əzizova küçə ticarətinin dayandırılması və ərazinin təmizlənməsi ilə bağlı xabərdarlıq edilib. V.Əzizov isə qanunun tələblərinə riayət etməkdən imtina edib və satdığı soğanı yandırıb. Öz qanunsuz əməllərinin həyata keçirilməsi üçün belə şantaj vasitələrindən istifadə olunması yolverilməzdir. Rayon  İcra  Hakimiyyəti tərəfindən bu kimi qanunsuz əməllərin, küçə ticarətinin və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması  istiqamətində  bundan  sonra  da qanunamüvafiq  tədbirlər  həyata  keçiriləcək.

Sakinlərə müraciət edərək bildiririk ki, yerli icra və bələdiyyə orqanlarının, Qida Təhlükəsizliyi Agentliyinin və polis əməkdaşları ilə birgə aparılan reydlərə baxmayaraq bəzi fiziki şəxslər və istehsalçılar tərəfindən küçədə ərzaq məhsullarının, xüsusən də plasmas qablarda qazlı suların, kənd təsərrüfatı məhsullarının, tez xarab olan süd və süd məhsullarının heç bir gigiyenik normaya əməl olunmadan satışının həyata keçirildiyi müşahidə edilir. İsti yay günlərində bu məhsulların açıq havada satılması əhali arasında mədə-bağırsaq və qida zəhərlənmələrinin yaranması üçün əlverişli şərait yaradır.

Bununla yanaşı, satılmayan məhsullar, qida qalıqları və xarab olan kənd təsərrüfatı məhsulları yolların kənarlarına tökülür. Bu da antisanitariya vəziyyətinin yaranmasına, ətraf mühitin çirklənməsinə səbəb olur. Rayon ərazisində yaşanan bu kimi hallara qarşı yerli strukturlar tərəfindən qanunamüvafiq şəkildə tədbilər həyata keçiriləndə isə bəzi şəxslər tərəfindən küçə ticarətinin müdaifiə olunması, qanunlara əməl edilməməsi və hətta şantaj xarakterli əməllər törədilir ki, bu da son nəticədə rayonda sanitar-gigiyenik normaların pozulmasına gətirib çıxardır. Ona görə də Abşeron sakinlərindən küçə ticarətinə qarşı tədbirlərin aparılmasında aidiyyatı təşkilatlara köməklik göstərmələrini xahiş edirik. Bu həm də hər bir sakinin vətəndaşlıq borcudur”, - açıqlamada deyilir.  
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
10:46 19.03.2026
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
10:41 19.03.2026
Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq
10:30 19.03.2026
AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
10:27 19.03.2026
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanıldı
10:23 19.03.2026
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanıldı
“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
10:18 19.03.2026
“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
Ali məktəblərdə təhsil haqları artacaq
10:16 19.03.2026
Ali məktəblərdə təhsil haqları artacaq
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
10:13 19.03.2026
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
10:00 19.03.2026
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
"İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik" - Nazir
09:51 19.03.2026
"İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik" - Nazir
FHN gücləndirilmiş rejimdə çalışacaq
09:48 19.03.2026
FHN gücləndirilmiş rejimdə çalışacaq
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
09:25 19.03.2026
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
09:11 19.03.2026
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:46 19.03.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
05:27 19.03.2026
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?
03:42 19.03.2026
ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?