47Üç ildən çoxdur fəaliyyət göstərən “Abşeron” qrupu yeni klip çəkdirib. Bu barədə AZXEBER.COM-a məlumat verən qrupun bədii rəhbəri və solisti Şəhriyar Məhərrəmov bildirib ki, “Abşeron” qrupu Elxan Şirinov və Könul Kərimovanın bir aralar ifa etdiyi “Şəmkir”mahnısına yeni həyat verib: “Şəmkir mahnısını iki məşhur müğənnimiz ifa edib. Amma biz onu yenidən oxuduq və ilk dəfə olaraq “Şəmkir”mahnısına klip çəkdirdik. Klipin rejissoru isə özüməm”.Şəhriyar Məhərrəmov qeyd edib ki, payız aylarında ilk albomlarını tamaşaçılara təqdim edəcəklər.