Abşeron və Binəqədidə oğurluq edən şəxslər saxlanıldı

Abşeron və Binəqədidə oğurluq edən şəxslər saxlanıldı
KRİMİNAL
11:10 12.05.2026
230
Abşeron rayonunda bir nəfərə məxsus 2300 manat dəyərində mobil telefon oğurlanıb.
 
AZXEBER.COM xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı A.Abdullayev saxlanılıb. 

Binəqədi rayonunda isə yeni tikilməkdə olan evlərin birindən təmir-tikinti alətləri və metal borular oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı N.Bağırov da saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR