Abşeron yarımadasına həsr olunan caz albomu təqdim edilib

MƏDƏNİYYƏT
17:20 21.10.2013
1526

Populyar caz ifaçısı Tofiq Cabbarov (Tofiq Bakuba) yeni albomunu təqdim edib.

AZXEBER.COM xəbər verir ki, “Peninsula” adlanan albom barabançı və perkussionist olmaqla yanaşı, aranjimançı və prodüser kimi tanınan Tofiq Cabbarovun ilk solo işidir. Onun təqdimat mərasimində Salman Qənbərov, Cəmil Əmirov, Ənvər Sadıqov, Lamiyə Kərimova kimi tanınmış musiqiçilər iştirak edib. Albomun adı "Peninsula"– musiqiçinin anadan olduğu, böyüdüyü və musiqi ilə məşğul olmağa başladığı Abşeron yarımadasına olan hörmətlə bağlıdır. Albomda təqdim olunan lirik kompozisiyalar yarımadanın musiqiçinin daxili aləmindəki əksidir.Albom “Simbrella Baku” şirkətinin dəstəyi ilə hazırlanıb.

Xatırladaq ki, "Simbrella" şirkəti Azərbaycanda fəaliyyət göstərir və “Mobile VAS” bazarında özünəməxsus yerə malikdir. 

"Simbrella” ŞQ-nun təsisçiləri və işçi heyəti tamamilə Azərbaycan vətəndaşlarıdır. 70-dən artıq işçisi olan qrupun əsası 1999-cu ildə “Digital Services” şirkətinin yaradılması ilə qoyulub. 

OXŞAR XƏBƏRLƏR