Abşeronda 19 yaşlı gənc 12-ci mərtəbədən yıxılaraq ölüb

Abşeronda 19 yaşlı gənc 12-ci mərtəbədən yıxılaraq ölüb
HADİSƏ
22:15 01.11.2025
199
Abşeronda bədbəxt hadisə baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Xırdalan şəhəri, Kristal 1 yaşayış kompleksində 19 yaşlı İlqar Quliyev binanın 12-ci mərtəbəsindən yıxılaraq ölüb.

Məlumata görə, yeniyetmə oğlan sözügedən binada yaşamayıb. O binaya hazırlığa gəlirmiş.

Faktla bağlı araşdırma aparılır.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, 19 yaşlı şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb:
"01.11.2025-ci il tarixində saat 12:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən təcili çağırış daxil olub. Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 19 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”.
OXŞAR XƏBƏRLƏR