Abşeronda Covid-19 virusuna qarşı peyvənd olunmasına start verildi

Abşeronda Covid-19 virusuna qarşı peyvənd olunmasına start verildi
SOSİAL
10:49 20.01.2021
473
Bu gün Abşeron rayonunda Covid-19 virusuna qarşı peyvənd olunmasına start verildi.
 
AZXEBER.COM xəbər verir ki, günün ikinci yarısından başlayaraq Xırdalan şəhərində, Novxanı, Fatmayı, Qobu və Masazır kəndlərində müraciət edənlərin peyvənd olunması həyata keçirildi. Bizim (jurnalistlərin – red.) olduğumuz Novxanı və Fatmayı həkim məntəqələrində peyvəndin həyata keçirilməsi üçün çox gözəl şəraitin yaradıldığını müşahidə etdik. Öncə qeyd edək ki, tibb məntəqələrinin həyətində avtomobillər üçün geniş parklama meydanı mövcuddur. Məntəqənin kandarından içəri daxil olan kimi tibb müəssisəsinə girdiyimizi hər addımda və təmasda hiss etməyə başladıq. Elə qapıdaca bizi qarşılayan tibb bacısı öncə təmassız termometrlə hərarətimizi yoxladı, daha sonra əllərimizi dezinfeksiyaedici xüsusi məhlullarla dezinfeksiya etdi.
 
Sonra gözləmə otağını göstərdi. Burada yerdə ara məsafəni gözləmənin vacibliyini göstərən nişanlardan bəlli olurdu ki, bizi qayda-qanunların hökm sürdüyü aura gözləyir. Gözləmə zalında oturacaqlar belə, nişanlanaraq ara məsafənin hər addımında gözlənilməsinin vacibliyini xatırladırdı. Zalda oturacaqların qarşısına qoyulmuş masalarda xüsusi qablaşdırılmış sular və hətta peyvənd barəsində kitabçalar mövcud idi. Hər kəs bu kitabçalardan lazimi informasiyanı asanlıqla əldə edə bilər. Çox keçmədən ilk peyvənd olunacaq şəxs - "Abşeron Rayon Mərkəzi xəstəxanası”nın publik hüquqi şəxsin drektor müavini Fuad Məmmədov içəri daxil oldu. Tibb bacısı onun da hərarətini ölçəndən sonra əllərini xüsusi məhlulla dezinfeksiya etdi.
 
Sonra "Qeydiyyat otağı”na aparılan F.Məmmədovun təzyiqi ölçüldü, onunla profilaktik söhbətlər aparıldı. Yalnız bundan sonra müraciət edən şəxs peyvənd otağına aparıldı. Burada onun qolu spirtlə işlənildi və peyvənd vuruldu. Bu zaman diqqətimizi çəkən bir məqamı sizinlə paylaşmaq istəyirik. Belə ki, peyvənd vurulduqdan sonra şpris "təhlükəsiz qutusu”na atıldlı, işlənmiş flakon isə şəffaf tullantı qabına qoyuldu. Və eyni zamanda flakonun seriya nömrəsi də qeydiyyat dəftərində qeyd edildi. Bundan sonra F.Məmmədov "Postvaksinal gözləmə otağı”na yerləşdirildi. Otağa fikir verdikdə gördük ki, təlimatda göstərildiyi kimi, anaflaktik şok əleyhinə dərman pereparatları və ümumilikdə ilkin tibbi yardım göstərilməsi üçün bütün vasitələrlə təchis edilib.

Tibb bacısının daimi nəzarəti altında olan F.Məmmədov 30 dəqiqə gözləmə otağında saxlanıldı. Bundan sonra müraciət edən şəxs özünü yaxşı hiss etdiyi üçün getməsinə icazə verildi.

Məlumat üçün bildirək ki, rayon üzrə ümumilikdə 56 nəfər tibb işçisi həmin günü peyvəndləndi. Peyvənd olunanların yaşına gəldikdə isə qeyd edək ki, onlar 50-65 yaşlı tibb işçiləri idi. Peyvənd olunan insanların heç birində yan təsirlərə rast gəlinmədi.

O da xüsusi olaraq vurğulanmalıdır ki, peyvəndləmə işləri saat 17:00-dan başlanılmasına baxmayaraq biz prosesin saat 20:00-a qədər davam etdiyini izlədik. Ən maraqlısı isə o idi ki, bütün işçilərdə çox yüksək əhval-ruhiyyə müşahidə olunurdu. Sanki onlar bu peyvəndləmə işlərini həyata keçirməyi səbirsizliklə gözləyiblər.

Bütün peyvəndləmə prosesini böyük maraqla izlədik. Təlimata riayət edilib-edilmədiyinə xüsusi diqqət yetirdik. Görünən odur ki, Abşeronda peyvəndləmə prosesi tamamilə təlimata uyğun şəkildə həyata keçirilir.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
18:56 26.08.2025
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
18:47 26.08.2025
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
18:33 26.08.2025
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
18:24 26.08.2025
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
18:24 26.08.2025
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb