Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Saray-Novxanı yolunda qeydə alınıb.
Elşad Həsənov idarə etdiyi "Honda" markalı minik avtomobili ilə yolu keçən piyadanı (kişi) vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.