Abşeronda kütləvi dava

Abşeronda kütləvi dava
SOSİAL
13:32 01.12.2017
906

Abşeronda kütləvi dava olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsi ərazisində qeydə alınıb.

İki qrup arasında baş verən kütləvi dava zamanı Zabrat qəsəbə sakinləri - Yusif Xanquliyev, Rauf Bəkirov və Məmmədəli Babazadə bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı onlara bıçaq xəsarəti yetirən şəxslərin Yardımlı rayon sakinləri - İlqar Dadaşov, Cəsur Səbzəliyev, Əmrah Almazzadə və Qobustan rayon sakini Fərhad Şikarov olmaları müəyyən edilib.

Faktla bağlı əməliyyat tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR