Abşeronda mənzildə meyit tapıldı

Abşeronda mənzildə meyit tapıldı
SOSİAL
19:55 26.02.2026
250
Abşeronda mənzildə meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, "112” qaynar telefon xəttinə rayonda 1 nəfərin fərdi yaşayış evində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR