Abşeronda qardaş bacısını güllələdi

KRİMİNAL
09:45 18.10.2017
1561
Abşeron rayonunun Saray qəsəbəsində qətl hadisəsi baş verib.
 
AZXEBER.COM  Report-a istinadla xəbər verir ki, 1982-ci il təvəllüdlü Süleymanova Əntiqə Abdulla qızı qısqanclıq zəminində qardaşı tərəfindən tüfənglə güllələnib.
 
Qadın göz və alın nahiyələrindən güllə yarası alıb. Hadisəni törədən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR