Abşeronda şəhid övladlarının arzusu yerinə yetirildi - FOTOLAR

Abşeronda şəhid övladlarının arzusu yerinə yetirildi - FOTOLAR
SOSİAL
11:20 05.07.2021
450
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon ərazisində yaşayan şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir, onların övladlarına fərdi yanaşılaraq istək və arzuları dinlənilir. Bununla bağlı RİH tərəfindən həyata keçirilən "Hərəyə bir şəhid övladı sevindirək” layihəsi uğurla davam etdirilir. RİH-in əməkdaşı Seymur Qasımov layihə çərçivəsində görülən işlər barəsində danışarkən məlumat verib ki, şəhid Paşayev Daşdəmir Əlizaman oğlunun həyat yoldaşı Günay Paşayeva ilə əlaqə saxlanılıb, övladlarıının istəkləri öyrənilib. Qəhrəmanımızın qızlarının birinin "rolik”, digərinin isə "musiqili mikrafon” istədiyi müəyyən edilib.

Xırdalan şəhər 23 saylı körpələr evi-uşaq bağçasının kollektivi tərəfindən "rolik” və "musiqili mikrafon” ailəyə təqdim edilib. Eyni zamanda şəhidin qızı Zeynəbin doğum günü olması nəzərə alınaraq ona əlavə olaraq xüsusi hədiyyə verilib və beləliklə də şəhid övladlarının arzuları yerinə yetirilib.

Şəhidin həyat yoldaşı Günay Paşayeva göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Bu layihə ilə uşaqların sevindirildiyini qeyd edərək həyata keçirilən müsbət əməlin əhəmiyyətindən danışıb.

Qeyd edək ki, Paşayev Daşdəmir Əlizaman oğlu 1982-ci ildə yanvarın 28-də Bakı şəhərində anadan olub. 1988-1996-cı illərdə orta təhsilini Nizami rayonu 250 saylı məktəbdə alıb. VIII sinifi bitirdikdən sonra Cəmşid Naxşıvanski adına Hərbi liseyə daxil olub. 1999-2003-cü illərdə Ali Hərbi Məktəbi uğurla başa vurub. Orada təhsil aldığı mütdətdə baş leytenanta qədər yüksəlib. Daha sonra İsveçrədə 6 ay xüsusi təyinatlı kəşfiyatçı kursu keçib bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrdə xitmət göstərib. Bir müddətdən sonra bəzi səbəblərdən hərbidən ayrılıb. Vətən Müharibəsi başlayan kimi hərbi komissarlığa gedərək könüllü şəkildə cəbhəyə yollanıb. 27 sentyabr - 7 oktyabr tarixlərində Daşdəmir Paşayev hər gün hərbi komissarlığın qarşısında cəbhəyə göndərmələrini tələb edib. Onun dörd övladı olduğun üçün ilk tələbləri uğursuz olur. Amma Daşdəmirin vətənpərlik ruhu hər şeydən üstün idi. İsrarlı tələblərindən sonra istəyinə çatır və Qarabağda gedən döyüşlərə qatılır.

Cəldliyinə və çevikliyinə görə səngər yoldaşları Daşdəmir Paşayevi "Vəhşi pişik” deyə çağırırdılar. Düşmənlə əlbəyaxa döyüşməyi hər zaman arzulayan qəhrəmanımız öz arzusuna Şuşada çatıb. Şuşanın azad edilməsi istiqamətində gedən döyüşlərdə düşmənlə üz-üzə gəlib əlbəyaxa döyüşə girib. 23 günlük şərəfli döyüş yolunda böyük şücaitlər göstərib. 30 oktyabr tarixində düşmənin amansız snayperinə tuş gəlib. Başından aldığı güllə yarası nəticəsində şəhidlik zirvəsinə ucalıb. Noyabrın 9-da İkinci Fəxri xiyabanda defn edilib.

Allah rəhmət eləsin.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq