Abşeronda soyğunçuluq və oğurluq edən şəxslər saxlanıldı

Abşeronda soyğunçuluq və oğurluq edən şəxslər saxlanıldı
KRİMİNAL
12:19 27.08.2026
114
Abşeron rayonunda soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıblar.

Abşeron rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan bir nəfərə qarşı talama cinayəti edilib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Mürşidov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla həmin şəxsin müştəri qismində əyləşdiyi taksidə sürücünün nağd pul vəsaitini ələ keçirdiyi məlum olub.

Rayon ərazisində qeydə alınan digər bir hadisə zamanı isə "Toyota” markalı avtomobilin 4000 manat dəyərində ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən N.Allahverdiyev də saxlanılıb.

Hər iki fakt üzrə araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR