Abşeronda zavodda Pakistan vətəndaşlarının üzərinə hava pəri aşdı - biri ölüb

SOSİAL
12:25 13.01.2025
112
Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə rayon ərazisində yerləşən zavodlardan birində qeydə alınıb.

Belə ki, zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə hava pəri aşıb. O, aldığı xəsarətlərdən götürüldüyü xəstəxanada ölüb.

Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtdakı xəstəxanaya yerləşdirilib. O, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.
 
///report

OXŞAR XƏBƏRLƏR