ABŞ–İsrailin İran planı: Xamenei niyə bunkerə enmədi?

ABŞ–İsrailin İran planı: Xamenei niyə bunkerə enmədi?
DÜNYA
12:21 02.03.2026
656
ABŞ və İsrailin İrana qarşı planlaşdırdığı iddia edilən birgə hücumla bağlı yeni detallar üzə çıxıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Axios” nəşrinin yüksək səviyyəli ABŞ və İsrail mənbələrinə istinadən yaydığı məlumata görə, hücumların ilkin olaraq 21 fevral şənbə gününə planlaşdırıldığı bildirilib.

Məlumata əsasən, əməliyyatın bir həftə əvvəl həyata keçirilməsi nəzərdə tutulsa da, müxtəlif əməliyyat və kəşfiyyat səbəbləri ilə təxirə salındığı iddia olunur. Mənbələrdən biri gecikmənin əlverişsiz hava şəraiti ilə bağlı olmadığını desə də, digər rəsmi səbəbin ABŞ-la əlaqəli olduğunu bildirib. Qeyd olunur ki, Vaşinqton İsrail Müdafiə Qüvvələri ilə daha sıx koordinasiyanı zəruri hesab edib.

İddialara görə, planlaşdırılan hücumların əsas hədəfi İranın ali dini lideri Ayətullah Əli Xamenei və onun oğullarının hər şənbə günü yüksək vəzifəli rəsmilərlə keçirdiyi görüşlər olub.

Mənbələr bildiriblər ki, hücum tarixinin dəyişdirilməsi ilə faktiki əməliyyat arasında İsrail və ABŞ rəsmilərində Xameneinin iqamətgahından yeraltı bunkerə enə biləcəyi ilə bağlı narahatlıq artıb.
 
ABŞ administrasiyasının nümayəndəsi isə Xameneinin yeraltı bunkerlərə daxil olmamasını "sürpriz” kimi qiymətləndirib.

Bundan əlavə, hücumun təxirə salınmasının ABŞ və İran arasında Cenevrə şəhərində danışıqlar üçün əlavə vaxt yaratdığı qeyd edilir. İsrail rəsmilərindən biri həmin danışıqların yeni hücum tarixinə qədər vaxt qazanmaq məqsədi daşıdığını iddia edib. Digər İsrail rəsmisi isə danışıqların səmimi aparıldığını və Cenevrədə irəliləyiş əldə olunsaydı, hücumun yenidən təxirə salına biləcəyini bildirib.

ABŞ rəsmisinin sözlərinə görə, Cenevrə danışıqlarından sonra İran ABŞ-ın təqdim etdiyi təklifi rədd edib və bundan sonra hazırlıqlarını tamamlayan ABŞ və İsrail əməliyyata başlamaq qərarına gəlib.
 
Qeyd edək ki, rəsmi Tehran və Vaşinqton tərəfindən məsələ ilə bağlı hələlik açıq və təsdiqlənmiş bəyanat verilməyib.
 
Günel
OXŞAR XƏBƏRLƏR