ABU-nun rektoru tapıldı

GƏNCLİK
12:21 20.08.2011
2187
Mətbuatın yazdığına görə, E.Abdullayev Azərbaycanda həbs təhlükəsi qarşısında qaldığından bu addımı atıb.  Dünən «Bizim Yol» ABU rektorunu tapıb. Əməkdaşımızla telefon söhbətində E.Abdullayev xaricdə olduğunu təsdiqləyib. Keçmiş rektor qaldığı ölkənin adını açıqlamasa da bildirib ki, o, Azərbaycanı birdəfəlik tərk etməyib: «Düzdür, ölkədə deyiləm amma birdəfəlik də tərk etməmişəm». «Həbs təhlükəsi ilə üzləşmisinizmi» sualına isə E.Abdullayev belə bir halın olmadığını deyib. ABU bağlanmasından sonra yaranmış vəziyyətə gəlincə, E.Abdullayev artıq Təhsil Nazirliyinin addım atmalı olduğunu deyib: «Bizlik bir şey qalmayıb».

OXŞAR XƏBƏRLƏR