Abunəçilərin 93%-i Azercell-in Müştəri Xidmətlərindən razıdı

Abunəçilərin 93%-i Azercell-in Müştəri Xidmətlərindən razıdı
İQTİSADİYYAT
22:53 09.08.2018
5729
Azercell-in Telefon Mərkəzi 2018-ci ilin ilk 6 ayı ərzində daxil olan 2.302.000 zəngin 92%-ni cavablayıb.

AZXEBER.COM xəbər verir ki, Azərbaycanda innovativ, dünya standartlarına uyğun müştəri xidməti sistemi modelini quran və həyata keçirməkdə davam edən "Azercell Telekom” MMC bu sahədə daim öz işini monitorinq edir və təkmilləşdirir. Belə ki, şirkət tərəfindən mütəmadi olaraq keçirilən müştəri məmnuniyyəti sorğusunun 2018-ci ilin ilk 6 ayının nəticələrinə görə respondentlərin 93%-i Telefon Mərkəzinin təqdim etdiyi xidmətlərdən razılığını bildirib. Operativlik və yüksək keyfiyyətli xidmət Online Müştəri Xidmətləri və Sosial Şəbəkələr üzərindən çalışan təmsilçilərin də iş prinsipində özünü göstərib. Belə ki, Online Müştəri Xidmətləri əməkdaşları tərəfindən 105.000 sorğu cavablanıb. Facebook sosial şəbəkəsində abunəçilər tərəfindən Azercell əməkdaşlarına yönələn sorğuların 100%-i cavablandırılıb. Məhz bu müsbət göstəriciyə görə 2018-ci ilin birinci rübündə Azercell beynəlxalq "Socialbakers” şirkəti tərəfindən "Socially Devoted” sertifikatına növbəti dəfə layiq görülüb. Şirkət Twitter sosial şəbəkəsində də abunəçilərinin bütün suallarını cavablandıraraq, yerli mobil operatorlar arasında yenidən ən yüksək nəticə nümayiş etdirib.

Azercell Müştəri Xidmətləri 4,5 milyonluq abunəçi ailəsininin müraciətlərini araşdırıb həll edərkən ilk növbədə məxfilik, düzgünlük, tərəfsizlik, operativlik və rahatlıq prinsiplərinə əsaslanır. Fəaliyyətə başladığı gündən müştəri məmnuniyyətinin artırılmasını hədəfləyən şirkət abunəçiləri tərəfindən irəli sürülən bütün təklif və şərhləri diqqətlə araşdırır. Qeyd edək ki, Azercell Müştəri Xidmətləri və Telefon Mərkəzinin fəaliyyəti və keyfiyyəti mütəmadi olaraq beynəlxalq audit şirkətləri tərəfindən dəyərləndirilir və sertifikatlaşdırılır. Keyfiyyətli idarəetmə sisteminin öz fəaliyyətində tətbiqi, abunəçilərlə aparılan işin yüksək səviyyədə təşkilinin göstəricisi olaraq Azercell-in Telefon Mərkəzi sahəsində ISO18295, şikayətlərin idarə edilməsi sahəsində isə ISO10002:2014 beynəlxalq keyfiyyət sertifikatına layiq görülüb. Məlumat üçün bildirək ki, Azercell 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Azercell eyni zamanda ölkəmizdə ilk dəfə olaraq 2011- ci ildə Onlayn Müştəri Xidmətlərini istifadəyə verib. 2014-cü ildə Azercell Azərbaycanda Abunəçi Loyallığı İndeksini (NPS) ölçməyə başlayan ilk şirkət olub. Hazırda Azercellin Bakıda 7, regionlarda isə 27 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə, Azercell-in Bakı şəhərində 5, bölgələrdə 5 Müştəri Xidməti Mərkəzləri mövcuddur, eyni zamanda Bakı şəhərində 3 Asan Mərkəzində Azercell MX məntəqəsi fəaliyyət göstərir ki, bunlar da Azercell üçün abunəçisinin daim diqqət mərkəzində saxlanılması, rahat və keyfiyyətli xidmətlə təmin olunması prioritet amillərdəndir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu