Abutalıb Qasımovun yubileyidir

SOSİAL
16:00 25.05.2016
2122

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sabiq birinci müavini, Tarix elmləri namizədi, dosent Abutalıb Ağa oğlu Qasımovun doğum günüdür.

AZXEBER.COM xəbər verir ki, ölkəmizdə elmin, təhsilin, ictimai-siyasi həyatın və dövlət quruculuğunun bütün sahələrində böyük rolu, xidməti olan tanınmış ictimai xadim və elm adamı olan A.Qasımovun 60 yaşı tamam olur.

Qeyd edək ki, A.Qasımov Azərbaycan tarixində çox böyük rol oynayan Kəngərli tayfasındandır. Ata-babaları XX əsrin 30-cu illərində repressiya dövrünün təzyiqləri nəticəsində Kəngərli soyadından zorla uzaqlaşdırılıb, ulu babası Qasım xanın adı ilə Qasımovlar soyadını qəbul ediblər. Hazırda müstəqil Azərbaycan şəraitində Kəngərli soyadının bərpasına başlanıb.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 2005-ci ildə buraxılan “Naxçıvan Ensiklopediyası”nın təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşrində, ikinci cilddə səhifə 87-də Abutalıb Qasımov da daxil olmaqla kəngərlilərin - onların vəkil-sultan qolunun 500 illik şəcərə cədvəli verilib.

Xatırladaq ki, A. Qasımov 1956-cı il may ayının 25-də Culfa rayonunun Saltaq kəndində kolxozçu, kəndli ailəsində anadan olub. 1973-cü ildə orta məktəbi fərqlənmə attestatı ilə bitirib. O, 1975-1979-cu illərdə təhsil aldığı adıçəkilən İnstitutunun Tarix fakultəsini fərqlənmə diplomu ilə bitirib.

1979-1984-cü illərdə Culfa rayonunun Saltaq kənd orta məktəbində tarix müəllimi, 1984-1990-cı illərdə isə həmin məktəbin direktoru işləyən A. Qasımov, 1988-ci ildə Azərbaycan EA Tarix İnstitutunun Aspiranturasında qiyabi yolla təhsilini başa vurub, namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb.

1990-1991-ci illərdə Culfa rayon partiya komitəsində şöbə müdiri, 1991-ci ilin iyun-avqust aylarında Naxçıvan Dövlət Universitetində (NDU) ilk partiya təşkilatı katibi, 1991-1994-cü illərdə NDU-da elmi katib, Azərbaycan tarixi kafedrasında baş müəllim, 1995-ci ilin dekabr ayından isə həmin kafedranın dosenti vəzifəsində işləyib.

Tanınmış ictimai xadim A. Qasımov 1994-1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri, 1995- 2000-ci illərdə (səlahiyyət müddəti çərçivəsində) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini vəzifəsində işləyib. 1995-2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub. O, Yeni Azərbaycan Partiyasının qurucularından biridir. Ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyasını özündə əks etdirən məhşur “Qayıdış” kitabının müəlliflərindəndir.

Hazırda doğulduğu Saltaq kəndində yaşayan Tarix elmləri namizədi, dosent elmi yaradıcılıqla da ciddi məşğul olur. Tədqiqatlarında Naxçıvan tarixinin müxtəlif problemləri geniş şərh olunur.

2003-cü ildə həm Həcc, həm də Kərbəla ziyarətində olan A.Qasımov ailəlidir, 4 övladı, 9 nəvəsi var.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi

13:54 13.02.2025

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR

13:43 13.02.2025

Əsgərlikdən yeni gələn gənc faciəvi şəkildə öldü - FOTO

13:42 13.02.2025

"Qanun nəyi tələb edəcəksə, o da olacaq" - Zaurdan məhkəmə xəbərinə reaksiya

13:32 13.02.2025

Bakıda mənzil qiymətləri niyə bahalaşıb? - Ekspertlər artımın səbəbini izah edir

13:31 13.02.2025

PKK şübhəlisi Yunanıstana qaçarkən tutuldu

13:21 13.02.2025

Bakıda mənzil qiymətləri niyə "əl yandırır"? - Evlərin qiyməti ucuzlaşmayacaq - AÇIQLAMA

13:11 13.02.2025

Elza Seyidcahan Zaur Nəbioğlunu məhkəməyə verdi - AÇIQLAMA

13:01 13.02.2025

"TikTok"da ərinin xəyanət etdiyini görən qadın DƏHŞƏT SAÇDI

12:58 13.02.2025

"Azərbaycan-Türkiyə qardaşlığı Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın zəmanətidir"

12:55 13.02.2025

Dünyanın gözlədiyi görüş reallaşacaq: Tramp və Putin bu ölkədə görüşəcəklər

12:51 13.02.2025

"Bu gün sizin gününüzdür"- Astroloq AÇIQLADI