Ağcabədi rayonunda silahlı insident baş verib

KRİMİNAL
16:20 30.12.2013
2074
Azərbaycanın Ağcabədi rayonunda silahlı insident baş verib.

Ağcabədi Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Avşar kəndində qeydə alınıb. Kənd sakini, Anar Zahir oğlu Baxşəliyev “Makarov” tipli tapança ilə həmkəndlisi Zahid Vəli oğlu Qəhrəmanovun idarə etdiyi “Mercedes” markalı avtomobilə atəş açıb. Nəticədə Z. Qarayev ağır bədən xəsarətləri ilə rayon xəstəxanasına yerləşdirilib.

Polisdən həmçinin bildirilib ki, hadisəni törədən A. Baxşəliyevin qardaşı qızı Z. Qarayevin qardaşı, Milli Qəhrəman Vahid Qarayevin oğlu Vüsalla nişanlı olub. Lakin aralarında yaranan problem nəticəsində nişan geri qaytarılıb və hadisənin də məhz bu səbəb törədildiyi ehtimal edilir.Hadisəni törədən A. Baxşəliyev tutulub.

OXŞAR XƏBƏRLƏR