Ağcabədidə 16 yaşlı qız qətlə yetirildi - Qardaşı saxlanıldı

Ağcabədidə 16 yaşlı qız qətlə yetirildi - Qardaşı saxlanıldı
HADİSƏ
21:56 05.09.2025
296
Sentyabrın 5-də saat 19 radələrində Ağcabədi rayonunun Pərioğlular kəndi ərazisində 16 yaşlı Fidan Mamedovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı - 18 yaşlı Tahir Mamedov saxlanılaraq istintaqa təhvil verilib.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR