Ağcabədidə 2 başlı buzov doğulub-FOTO

MARAQLI
14:06 24.08.2011
1961

Azərbaycanın Ağcabədi rayonunda qəribə hadisə baş verib. Rayonun Aşağı Ovşar kəndində Amil Rüstəmova məxsus fermada inək 2 başlı buzov doğub. Fermerin ANS PRESS-ə verdiyi məlumata görə, 2 inəyin özü çox çəkməyib ki, tələf olub. Lakin buzovun vəziyyəti normaldır.O, hər iki ağzını ilə qida qəbul edə bilir. Llakin bir ağzı ilə qidalanan zaman, digər ağzı ilə qida qəbul edə bilmir.  Fermer Amil Rüstəmov buzovun çox yaşaya bilməyəcəyindən ehtiyatlanır. “Hazırda buzovun vəziyyəti normaldır. Yağış yağdığı üçün onu fermadan çıxarıb həyətdə saxlayırıq”. Qeyd edək ki, buzova hələlik süd verirlər. Buzovun baytara göstəriləcəyi planlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR