Ağcabədidə 33 yaşlı kişi kanalda batıb.
AZXEBER.COM xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə iyulun 26-da Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda 1993-cü il təvəllüdlü Orxan Feyruz oğlu İbrahimovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir.
Əlavə məlumat veriləcək.











































