Ağcabədidə ağır qəza: İki əmioğlu həlak oldu, bir nəfər yaralandı

Ağcabədidə ağır qəza: İki əmioğlu həlak oldu, bir nəfər yaralandı
HADİSƏ
20:24 20.11.2025
115
Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı "QAZel" markalı yük avtomobili VAZ-2115 markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü, 1984-cü il təvəllüdlü Orxan Vəliyev hadisə yerində həlak olub. Avtomobildə olan sərnişinlər O.Vəliyevin həyat yoldaşı Türkan Vəliyeva və əmisi oğlu 1972-ci il təvəllüdlü Elsevər Vəliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Lakin E.Vəliyev xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR