Ağcabədidə atanın oğlunu qətlə yetirməsinin təfərrüatı: “Bacılarını döyüb, qızlar evdən qaçdıqdan sonra...”

SOSİAL
15:39 12.02.2020
3185
Ağcabədidə törədilən qətlin təfərrüatı məlum olub.

APA-nın xəbərinə görə, hadisə Ağcabədi rayonunun Təzəkənd kəndində qeydə alınıb.

1962-ci il təvəllüdlü Cəfərov Valeh Saleh oğlu 30 yaşlı oğlu Cəfərov Tural Valeh oğlunu öldürüb. Atanın övladını öldürməsinə səbəb isə T.Cəfərovun tüfeyli həyat tərzi sürməsi, bacılarını və anasını mütəmadi döyməsi olub.  

Təzəkənd kənd icra nümayəndəsi Rizvan Şıxəliyev bildirib ki, T.Cəfərov əvvəllər həbs həyatı yaşayıb. Həbsdən çıxdıqdan sonra isə xuliqanlıq əməlinə görə, o, dəfələrlə saxlanılıb:

"Tural Cəfərov həbsdən çıxdıqdan sonra bacılarını, anasını döyürdü. O, tüfeyli həyat tərzi keçirirdi. Atası Valeh Cəfərov Əsəb Dispanserində qeydiyyatdadır. Hadisə baş verən gün Tural içkili vəziyyətdə evə gəlib, bacılarını döyüb, qızlar evdən qaçdıqdan sonra isə anasını döyüb. Anası qonşuların evində gizlənib. Atası ilə mübahisə etdikdən sonra Tural onu döyməyə çalışıb. Bu zaman atası əlinə keçən dəhrə ilə onu vuraraq öldürüb”.

R.Şıxəliyev onu da bildirib ki, hadisə ilə bağlı kənd ağsaqqalları hüquq-mühafizə orqanlarına müraciət edərək V.Cəfərovun məsuliyyətə cəlb olunmamasını istəyirlər.   

Faktla bağlı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:34 04.08.2020

“Space” kanalı cəzalandırıldı: Yayımı üç saat dayandırılacaq

18:02 04.08.2020

“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini

17:47 04.08.2020

Gültəkin Hacıbəyli: "Xalqın güzəranı pisləşir, buna sevinmək lazımdır" - VİDEO

17:36 04.08.2020

Narkotikə görə oğurluq edən şəxs saxlanıldı - VİDEO

17:33 04.08.2020

Deputat: “Qapanmalara gedilibsə, 190 manat ödəniş verilməlidir”

17:23 04.08.2020

Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 588 nəfər sağaldı

17:21 04.08.2020

Deputat TƏBİB-i tənqid etdi: "40 gündən çoxdur məktubuma cavab vermirlər"

17:19 04.08.2020

190 manatlıq ödənişlə bağlı - Rəsmi açıqlama

17:13 04.08.2020

Azərbaycanda 2 Olimpiya Kompleksi modul tipli xəstəxanaya çevriləcək

16:47 04.08.2020

Aparıcını oğlunun gözü qarşısında döyüb, zorlamaq istədilər - VİDEO

16:26 04.08.2020

Biləcəridə maska taxmayan 39 nəfər cərimələndi - VİDEO

16:24 04.08.2020

TƏBİB-dən koronavirus testləri ilə bağlı AÇIQLAMA

16:20 04.08.2020

"Azərbaycan diasporunun fəallığı erməni lobbisini və Ermənistan hakimiyyətini çətin duruma salıb"

16:18 04.08.2020

İlham Əliyev Fəttah Heydərovun vəfat ilə əlaqədar nekroloq imzaladı

16:15 04.08.2020

Bu çimərliklər istifadəyə yararlıdır - SİYAHI

16:12 04.08.2020

Prezident: "Maraqlandım, bu binaların içi də çox bərbad vəziyyətdədir"

X Mostbet