01:13 çərşənbə Axşamı, 28 Yanvar 2020
SOSİAL

Ağcabədidə bədbəxt hadisə: Su borusu qırılıb iki nəfərin üzərinə düşdü

19:48, 21.08.20195247
Ağcabədidə bədbəxt hadisə: Su borusu qırılıb iki nəfərin üzərinə düşdü

Ağcabədi rayonunda iki nəfər bədbəxt hadisə nəticəsində xəsarət alıb.

AZXEBER.COM trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyamadınlı kəndi ərazisində subartezyan quyularının təmiri zamanı baş verib.

Ağcabədi rayon Subartezian İdarəsinin işçiləri su borusunu qaldırıcı kran vasitəsilə qaldırarkən boru qaynaq olunmuş hissədən qırılaraq iki nəfərin üzərinə düşüb.

Hadisə nəticəsində 1979-cu il təvəllüdlü, idarənin çilingəri Səfərov Rahib Əhliman oğlu və 1994-cü il təvəllüdlü kənd sakini Hüseynov Elnur Bakir oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ