Ağcabədi rayonunda bədbəxt hadisə baş verib.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 18-də Ağcabədi rayonunun Minəxorlu kəndində yaşayan Yusif Əliyev həyətindən tapdığı "F-1" qumbarasının alışdırıcısı ilə ehtiyatsız davrandığından baş vermiş partlayış nəticəsində sol əlindən xəsarət alıb.
Nəticədə Y.Əliyev xəstəxanaya yerləşdirilib və sol əlinin 2-ci (şəhadət) barmağı amputasiya edilib.